2018-ci ildə Çinin Şanxay şəhərində xüsusi iqtisadi zonada Azərbaycan Ticarət Mərkəzi açılacaq.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Sahibkarların sualına cavab verən nazir bildirib ki, artıq Çində Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir:
"Ümumilikdə nümayəndəliklərin sayı müxtəlif ölkələrdə 4-ə çatır. Bu ildən onların fəaliyyəti gücləndiriləcək".
Ş.Mustafayev əlavə edib ki, fevral ayında Çinə növbəti ixrac missiyasını göndərmək planlaşdırır.