Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 4 milyon 827 min ABŞ dolları dəyərində 637 ton çay ixrac edib.
Eləcə də bax: Meşə fındığı ixracı - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 12.6%, həcmi isə 21.1% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0.04%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.36%-ə bərabər olub.
Bununla yanaşı, Azərbaycana ümumi dəyəri 36 milyon 947 min dollar dəyərində 8 min 732 ton çay idxal olunub. İllik müqayisədə çay idxalının dəyəri 8.4%, həcmi isə 3.9% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0.59% təşkil edib.