2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 78 milyon 389,35 min ABŞ dolları dəyərində 358 565 ton buğda idxal edib.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 38% AZALDIB
FED.az Dövlət Gömrük Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, bu yarımildə idxal edilən buğdanın məbləği ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8% və ya 51 milyon 771 min azalıb. Həmçinin idxal edilən buğdanın həcmi 37,8% və ya 217 924 ton azalıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 0,29% azalaraq 1,57% təşkil edib.