2018-ci ildən etibarən Azərbaycanda “Tatra” yük avtomobillərinin istehsalına başlanacaq. Bu barədə Azərbaycanın Çexiyadakı səfirliyindən məlumat verilib.
“2018-ci ildən etibarən Azərbaycanda müxtəlif model “Tatra” yük avtomobillərinin istehsalına başlanacaq. “Gəncə Avtomobil Zavodu” İB və “Tatra” şirkəti arasında Çexiyanın Azərbaycandakı səfirliyində müvafiq memorandum imzalanıb”, - məlumatda deyilir.
Sənədi İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyevvə “Tatra”nın İdarə Heyətinin sədri Petr Rusek imzalayıblar.
“Gəncə Avtomobil Zavodu” İB 2004-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Hazırda zavodda “Belarus” traktorları, MAZ, KAMAZ və “Ural” yük avtomobilləri yığılır.
İnterfax©