Azərbaycan 2019-cu ilin yanvar-fevral ayları ərzində 12 mln. 543,7 min ABŞ dolları dəyərində təzə tərəvəz ixrac edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqyisədə 39,2% daha çox məbləğdə təzə tərəvəz ixracının artırılması deməkdir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən bu barədə xəbər verir.
İxrac olunan məhsulun ümumi həcmi 15 mln. 278,5 min ton təşkil edib ki, bu da tonuna 1 218 ABŞ dolları valyuta daxil olması deməkdir. Ötən ilin müvafiq dövründə isə bir tonuna təzə tərəvəz üçün 949 dollar valyuta daxil olmuşdu.
Eləcə də bax: «Keyfiyyətsizdir, ona görə ucuzdur» - «AZƏRSUN»DAN AÇIQLAMA