2020-сi ilin yanvar-fevral aylarında Azərbaycan 21 543,6 min ABŞ dolları dəyərində 98 153,53 ton buğda idxal edib ki, bu da dəyər baxımından ötən ilin eyni ayları ilə müqayisədə 2,6 dəfə azdır.
Eləcə də bax: Azərbaycan pomidor ixracını - 25% ARTIRIB
FED.az "apa"ya istinadən xəbər verir ki, miqdar baxımından isə bu ilin yanvar-fevral aylarında buğda idxalı 2019-cu ilin analoji ayları ilə müqayisədə 2,5 dəfə azalıb.
Cari ilin ilk iki ayında buğdanın bir tonunun idxalı 219,5 manat orta qiymətlə həyata keçirilib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 2,3 manat azdır.