FED.az Azərbaycan Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında ölkəyə 976 milyon 290 min ABŞ dolları səviyyəsində yeyinti məhsulları idxal olunub.
DGK-nin hesabatına əsasən, əsas mal qruplarından olan ət, süd, buğda, bitki və heyvan mənşəli piylər və yağların idxalında artım müşahidə edilir. Kərə yağı, çay, şəkər idxalında isə azalma var.
Məhsullar. tonla | 2017-ci il yanvar-sentyabr | 2018 yanvar-sentyabr. |
Ət. Ton | 30 387 | 34 252 |
Süd.ton | 6 023 | 6 240 |
Kərə və süddən hazırlanmış digər yağlar. Ton | 10 837 | 8 709 |
Meyvə-tərəvəz. Ton | 191 826 | 199 187 |
Çay. ton | 9 840 | 9 646 |
Buğda. Ton | 746 385 | 829 250 |
Bitki və heyvan mənşəli piylər və yağlar. ton | 104 597 | 112 751 |
Şəkər.ton | 267 430 | 173 133 |
Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə ət idxalı 11.2 faiz, süd 3.4 faiz, buğda 10 faiz, bitki yağlarının idxalı isə 7.2 faiz artıb.
Kərə və süddən hazırlanmış digər yağların idxalında 20 faiz, şəkər idxalı isə 35.2 faiz azalıb.