Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya ediləcək 3 337 105 084 ABŞ dolları borcunun tərkibi açıqlanıb.
FED.az Report-a istinadən xəbər verir ki, ABB-nin saytında yer alan siyahıda Bankın 18 müxtəlif kreditora 2017-2025-ci illərdə tamamlanma tarixi olan dollar və avro pul vahidlərində borcları yer alıb. Bu kreditorlar arasında ən iri olanı 1 mlrd. dollarla ARDNF, 714,964 mln. dollarla ABŞ-ın "Cargill" ərzaq şirkəti, 705 mln. dollar sindikat krediti və avrobond emissiyası ilə "Citibank", 283,967 mln. dollar sindikat krediti olan İsveçrənin "Credit Suisse AG" bankı və 250 mln. dollarla B.Britaniyanın "Emerald" şirkəti yer alıb.
2017-ci ildə ABB-nin məcmu ödəyəcəyi borcun həcmi 1 290,763 mln. dollar və 28 679,4 min avro təşkil edir. Bunun 500 mln. dolları ARDNF-in Bankda olan depozitləridir.