2022-ci il start götürərkən Azərbaycanda əsas hadisə ölkədə əhalinin istehlak səbətində əsas yeri tutan çörəklərin və buğdanın qiymətindəki bahalaşma oldu.
Eləcə də bax: Azərbaycan Rusiyadan buğda alan ölkələrin - İLK BEŞLİYİNDƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin ilk 11 ayında Azərbaycan çörək məhsullarının hazırlanması üçün nəzərdə tutulan 865.55 min ton həcmində yumşaq buğda idxal etdi. Bu da ümumi 241.63 mln. ABŞ dolları dəyərində idxal olmaqla ölkədə ikinci ən böyük valyuta aparan məhsul kimi statistikaya düşdü.
Azərbaycanda 2021-ci ilin ilk 11 ayında yumşaq buğda və meslini | ||||
2021, ilk 11 ay | 2020, ilk 11 ay | |||
Miqdar, t | Dəyər, min dollar | Miqdar, t | Dəyər, min dollar | |
Cəmi | 865,549.35 | 241,628.40 | 1,203,773.04 | 255,714.38 |
Rusiya Federasiyası | 844,419.22 | 236,130.83 | 1,196,118.34 | 253,966.27 |
Qazaxıstan | 21,115.00 | 5,481.99 | 7,654.70 | 1,748.10 |
Azərbaycan idxal etdiyi buğdanın 97.6%-ni (2020: 99.4%) Rusiya Federasiyasından edib. RF-dən 2021-ci ilin yanvar-noyabr ayları ərzində 844.42 min ton yumşaq buğda idxal edib. Ümumi idxal dəyəri isə $236.13 mln. olmuşdur. Qalan 2.4%-i (0.6%) isə Qazaxıstandan olub ki, bu da 21.12 min tonu, yaxud $5.48 mln. dollarlıq məhsul alıb.
BUĞDA BAHALAŞIB
Azərbaycanın ümumi olaraq idxal etdiyi buğdanın qiymətində 2021-ci il üzrə orta ölçüdə 31.4% artım olub. Məsələn, 2020-ci ildə buğdanın hər tonuna Azərbaycan $212.43 xərclədiyi halda, 2021-ci ildə $279.16 xərclənib.
Hər tonun qiyməti, USD | |||
2021 | 2020 | İllik müqayisə | |
Cəmi | 279.16 | 212.43 | 31.4% |
Rusiya Federasiyası | 279.64 | 212.33 | 31.7% |
Qazaxıstan | 259.63 | 228.37 | 13.7% |