Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, müvafiq lisenziyaları “Aqro-İnvest və İstehsalat” və “AZMEAT777” şirkətləri əldə edib.
Qeyd olunur ki, “Aqro-İnvest və İstehsalat” bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.
“AZMEAT777” isə Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.
Qeyd edək ki, 20-dən çox Azərbaycan şirkəti Gömrük İttifaqı ölkələrinə məhsul tədarükü ilə bağlı lisenziyaya malikdir.