Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa idxal olunub.
Eləcə də bax: Azərbaycanın xaricdən aldığı buğda - 30%-DƏN ÇOX BAHALAŞIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 85,2%, həcm ifadəsində isə 92,6% azdır.
Fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsul ölkəyə idxal edilməyib. Son dəfə 302,03 min dollar dəyərində 693,7 ton arpanın ölkəyə idxalı fevral ayında olub.
İlin əvvəlindən arpa idxalının ölkənin ümumi idxalında payı 0,01% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,08 faiz bəndi azdır. (Apa)