2019-cu ildə Azərbaycan təzə gilas və albalı ixracını 13,7% - 26,515 min tonadək artırıb.
FED.az məlumat verir ki, bu məhsulun satışından gəlir $42 milyon 199,67 min təşkil edib (аrtım 11%).
İxracın bütün həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il RF-yə $42 milyon 69,55 min (аrtım 10,9%) məbləğində 26,413 min ton təzə gilas və albalı ixrac olunub (artım 13,3%). 2019-cu il ərzində Azərbaycandan gilas və albalı ixracının 99,6%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan gəlir $37 milyon 987,72 min məbləğində 23,32 min ton gilas və albalı ixrac edib. Bu məhsulun əsas ixracı Rusiyanın paylna düşüb. RF-yə $37 milyon 919,24 min məbləğində 23,274 min ton gilas və albalı ixrac olunub.
İnterfaks