İqtisadiyyat

Azərbaycan 60 milyon dollara yaxın - ƏT İDXAL EDİB

Azərbaycan 60 milyon dollara yaxın - ƏT İDXAL EDİB | FED.az
12:22 17 Okt 2019

Azərbaycan xaricdən ət idxalını artırıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında 37 min 390 ton və ya 56 milyon 568 min dollarlıq ət idxal olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən ilin 9 ayı ilə müqayisədə bu il ət idxalı çəki göstəricisində 9,16% və ya 3 min 197 ton daha çox olub.

Qiymət göstəricisində  isə ət idxalında artım 14,78% və ya 7 milyon 285 min dollar daha çox olub.

Digər xəbərlər