Bölgədə pandemiyanın təsirlərini azaltmaq və iqtisadi dirçəlişi dəstəkləmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) bölgəsində ekosistemlərin inkişafını təmin etmək məqsədilə layihə elan edilib.
FED.az-ın Asiya İnkişaf Bankının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, layihə bölgə üzrə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələri əhatə edəcək.
Maliyyələşdirmə planı üzrə layihənin dəyəri 500 min dollar həcmində olacaq. Maliyyələşdirmənin əsasını təşkil edən məbləğ Texniki Yardım Xüsusi Fondu və Koreya Respublikası Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən təmin ediləcək.