Azərbaycan 2019-cu ildə $40 milyon 86,15 min dəyərində təzə alma ixrac edib.
Eləcə də bax: Azərbaycan xaricdən kartof alışını - KƏSKİN ARTIRIB
FED.az xəbər verir ki, “2019-cu ildə Azərbaycan $40 milyon 86,15 min dəyərində 96,892 min ton alma ixrac edib. 2018-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 16% artıb”, - hökumətdən bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il RF-yə $36 milyon 767,88 min dəyərində (artım 6,4%) 88,921 min ton təzə alma (artım 6.6%) ixrac edilib. Ümumilikdə, 2019-cu ildə Azərbaycandan alma ixracının 91,8%-i Rusiyanın payına düşüb.
2018-ci ildə Azərbaycan $38 milyon 37,17 min dəyərində 89,866 min ton alma ixrac edib. İxracın əsas həcmi ($34 milyon 548,26 min dəyərində 82,398 min ton) Rusiyanın payına düşüb.
İnterfaks