Ötən il Azərbaycan 3 ölkədən, hər birindən 1 milyard dollardan çox dəyərdə mallar idxal edib.
FEDD.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycana Rusiyadan 1 milyard 962 milyon 155 min dollarlıq, Türkiyədən 1 milyard 563 milyon 48 min dollarlıq və Çindən 1 milyard 413 milyon 824 min dollarlıq olmaqla cəmi 4 milyard 939 milyon 27 min dollarlıq mallar idxal edilib.
2019-cu illə müqayisədə Rusiya, Türkiyə və Çindən idxal azalıb. Belə ki, 2019-cu ildə Rusiyadan 2 milyard 290 milyon 219 min dollarlıq, Türkiyədən 1 milyard 646 milyon 801 min dollarlıq, Çindən isə 1 milyard 432 milyon 31 min dollarlıq mallar idxal edilmişdi.