2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 890,2 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 11 ayının göstəricisindən 17% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $287 milyon 557,6 min (artım 9,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $128 milyon 171,4 min dəyərində (artım 2,4 dəfə) 270,7 min ton şəkər xammalı və şəkər (artım 1,7 dəfə), $155 milyon 831,8 min dəyərində (artım 34,4%) 113,7 min ton bitki yağı (azalma 10,7%), $55 milyon 545 min dəyərində (artım 11,9%) 12,669 min ton çay (artım 3,3%), $70 milyon 111,8 min dəyərində (azalma 4,4%) 13,48 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 9,5%) idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $20 milyon 46,3 min dəyərində (azalma 41,2%) 5,068 min ton iribuynuzlu heyvan əti (azalma 43,9%), $36 milyon 39,5 min dəyərində (artım 16,3%) 27,322 min ton quş əti və quş əti məhsulları (artım 3,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $103 milyon 477,4 min dəyərində (artım 5,6%) 109,9 min ton meyvə (artım 3%), $18 milyon 101,5 min dəyərində (artım 33,3%) 35,297 min ton tərəvəz (artım 46,8%), $49 milyon 589,2 min dəyərində (artım 13,9%) 191 min ton kartof (artım 19,9%) idxal edilib.
11 ay ərzində ölkədən $158 milyon 68,6 min dəyərində (azalma 23,8%) 156,3 min ton tərəvəz (azalma 23,9%), $345 milyon 219,9 min dəyərində (artım 13,3%) 303,8 min ton meyvə (artım 17,6%), $39 milyon 873,1 min dəyərində (artım 18,1%) 91,834 min ton kartof (artım 12,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $27 milyon 835,5 min dəyərində (artım 29,8%) 52,46 min ton şəkər (artım 7,1%), $13 milyon 391,2 min dəyərində (artım 29,3%) 10,004 min ton bitki yağı (azalma 16,1%) ixrac edilib.
Yanvar-oktyabr aylarında Azərbaycan $13 milyon 489,7 min dəyərində (azalma 6,6%) 11,158 min ton meyvə və tərəvəz şirələri (artım 4,4%), $3 milyon 343,4 min dəyərində (azalma 4,7%) 221 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 8,6%), $8 milyon 458 min dəyərində (artım 7,1%) 7,569 min ton meyvə və tərəvəz konservləri (artım 20,2%), $11 milyon 105,8 min dəyərində (artım 0,9%) 4,238 min ton tütün (azalma 3,2%) ixrac edib.