Azərbaycan qlobal startap reytinqində 188 ölkə arasında 47-ci yerdədir. FED.az “Global Startup Ranking” saytına istinadla xəbər verir ki, bu reytinqə ölkəmizdə fəaliyyət göstərən 200 startap daxil edilib.
Reytinq üzrə MDB məkanında üçüncü yeri tutan Azərbaycan qonşu ölkələri xeyli qabaqlayır. Belə ki, Ermənistan 13 startapla 102-ci, Gürcüstan isə cəmi 5 startapla 118-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlinə 46 625 startapla ABŞ liderlik edir. İlk beşliyə daxil olan ölkələr arasında Hindistan (6324), Böyük Britaniya (4929), Kanada (2513) və İndoneziya (2105) var. MDB ölkələri arasında Azərbaycandan irəlidə olan Rusiya 19-cu (569), Ukrayna isə 43-cü (241) yeri tutur. Qeyd edək ki, bu ölkələr əhali və ərazi baxımından daha böyükdür.
“Global Startup Ranking” hər il dünya ölkələrində fəaliyyət göstərən startapları qeydə alır.