“İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Socar Polymer” MMC, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Land Lojistic” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Fruit Store” MMC, “Global Trade Group” MMC, “Sun Food” MMC, “Baku Steel Company”, “Azagroeksport 2017” MMC, “Fruit City Group” MMC. Statistik göstəricilərə əsasən icmalda göstərilən qeyri-dövlət şirkətlərinin qeyri-neft ixracında payı 32,7 faiz təşkil edir.
FED. Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında məlumat verilib.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” ASC. Statistik göstəricilərə əsasən, icmalda göstərilən dövlət şirkətlərinin qeyri-neft ixracında payı 31, 2 faiz təşkil edir.