Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempinin 2,5% səviyyəsində olacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, bankın "Regional Economic Prospects" adlı hesabatının sentyabr buraxılışının məlumatına görə, bu il ölkədə ÜDM istehsalı 3% azalacaq. Bu proqnoz may ayında verilən proqnozla eynidir. Gələn il üzrə proqnoz isə may ayının gözləntisinə nisbətən 0,5 faiz bəndi azaldılıb.(Apa)