Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 3% səviyyəsində olacaq.
Eləcə də bax: AYİB Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidini - Qiymətləndirib
FED.az xəbər verir ki, hazırda mövcud olan məzənnənin de-fakto bağlılığı inflyasiyanı stabil səviyyədə saxlayır (sentyabrda illik inflyasiya 2,9% olub). Lakin AYİB qeyd edir ki, neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması fonunda xarici və maliyyə balansları profisitdən kəsirə çevrilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov son çıxışında ölkədə bu il inflyasiyanın 2,8-3%, 2021-ci ildə isə 3,6-4% diapazonunda qalacağını vurğulayıb. Xatırladaq ki, ötən il Azərbaycanda inflyasiya 2,6% səviyyəsində olub. (Apa)