Noyabrın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Saatlı şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.
DGK Mətbuat Xidmətindən Fed.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Saatlı, Şirvan, Sabirabad, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilib.Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbulzamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Aydın Əliyev Saatlı şəhərində vətəndaşları qəbul edib
12:30
18 Noy 2016