Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin sərhəddən siqaretlərin keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini istəyir. FED.az xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, Komitə bununla bağlı müvafiq təklifi parlamentə təqdim edəcək: "Hazırda bir ayda hər bir şəxs 3 blok siqaret keçirə bilər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Düşünürəm ki, təkil qəbul olunsa, b, usiqaret qaçaqmalçılığına qarşı mübarizəyə effektiv təsir edəcək".
DGK sədri sərhədlərin açıq olması, vizasız rejimin tətbiqi kimi amillərin Komitənin fəaliyyətini çətinləşdirdiyini deyib: "Türkiyə tərəfi İraqla sərhəddə bunun unikal həllini tapıb. Quru sərhədi keçən şəxs ən azı 2-3 gün həmin ölkədə qalmalıdır".