Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər 7 nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb", - deyə DGK sədri bildirib.
Bununla yanaşı A.Əliyev əlavə edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan artıq narkotik maddə və psixotrop maddələr aşkar olunub.