Banner

İqtisadiyyat

Avtomobil nəqliyyatı barədə qanun - DƏYİŞDİ

Avtomobil nəqliyyatı barədə qanun - DƏYİŞDİ | FED.az
19:44 27 Dek 2018

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barıədə fərman imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Bakı Nəqliyyat Agentliyindən – BAYRAM TAPŞIRIĞI
 
FED.az-ın məlumatına görə, qüvvədə olan qanuna görə, indiyə qədər avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (qurum  tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilib və dövlət sifarişi formalaşdırılıb.
 
Dəyişikliyə əsasən, bundan sonra avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqantərəfindən marşrut şəbəkəsi müəyyənləşdiriləcək və dövlət sifarişi formalaşdırılacaq.
 
Qanunun tətbiqi ilə bağlı fərmana əsasən, bu maddədə nəzərdə tutulmuş səlahiyyətləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri həyata keçirir.
 
Qanuna dəyişiklik bundan öncə Bakı Nəqliyyat Agentliyinin statusunun dəyişməsi,  artıq “Nazirlər Kabineti yanında” bir orqan kimi fəaliyyət göstərməməsi ilə əlaqədardır.

Digər xəbərlər

Banner