Avrozonada iqtisadi inam indeksi may ayından bəri ən yüksək səviyyəyə qalxıb.
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Bildirilir ki, dekabrda Avrozonada iqtisadi inam indeksi 96,4-ə yüksəlib. Bu, ötən ilin mayından bəri ən yüksək göstəricidir.
Avrozonada iqtisadi inam indeksi ardıcıl üçüncü aydır ki, yaxşılaşır. Noyabrda bu göstərici 94 idi.
Hesabat ayında istehlakçı inamı indeksi isə mənfi 15 təşkil edib. (Azərtac)