Yanvarda Avrozonanın 19 ölkəsində illik inflyasiya bir ay əvvəlki 5%-dən 5,1%-dək sürətlənib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin ("Eurostat") məlumatına deyilir.
Qeyd olunur ki, bu, "Eurostat"ın apardığı müşahidələr dövrünün ən yüksək göstəricisidir.
Bir il əvvəl Avrozonada inflyasiya cəmi 0,9%-ə bərabər olub.
Təkcə bu ilin yanvarında Avrozonada istehlak qiymətləri yekun hesablamaya görə 0,3% artıb.
Bununla belə, illik baza inflyasiyası bir ay əvvəlki 2,6%-dən 2,3%-dək azalıb.