Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Avrozonasında inflyasiya AMB hədəfindən aşağı düşdü
FED.az xəbər verir ki, avrozonada avqust ayında 2,2% təşkil edən illik inflyasiya, sentyabrda 1,7% olub. İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,1% azalıb.
Bazar proqnozu Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz təşkil edəcəyi, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi.
Avrozonada baza inflyasiyası proqnoza uyğun olaraq sentyabr ayında illik 2,7 faiz səviyyəsində qeydə alınıb. (Marja)