Ötən ilin dekabr ayında avrozonada illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 5%-ə çatıb və 1991-ci ilin avqust ayında qeydə alınmış rekordu yeniləyib.
Eləcə də bax: Almaniyada inflyasiya - 28 İlin Ən Yüksək Səviyyəsində
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi - “Eurostat”ın hesabatında bildirilir.
Mövcud göstərici Avropa Mərkəzi Bankının (ECB) inflasiya hədəfindən 3 faiz bəndi çoxdur.