Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avro zonası üzrə iyun ayına olan yekun inflyasiya məlumatlarını açıqlayıb.
Hökumət qiymət artımı ilə mübarizəyə başlayır – ƏLİ ƏSƏDOVDAN SƏRƏNCAM
FED.az xəbər verir ki, məlumata görə, Avrozonada iyun ayında inflyasiya may ayındakı 6,1 faizlə müqayisədə azalaraq 5,5 faizə düşüb.
Aİ-də isə inflyasiya may ayındakı 7,1 faizdən iyun ayında 6,4 faizə düşüb.
Avro zonasında inflyasiyanın 2,35 faizini qida, spirtli içkilər və tütün məmulatları, 2,31 faizini xidmətlər, 1,42 faizini isə qeyri-energetika sənayesi məhsulları təşkil edib.
İyun ayında Macarıstanda illik inflyasiya 19,9 faiz, Slovakiyada 11,3 faiz, Çexiyada 11,2 fai, İtaliyada 6,7 faiz, Almaniyada 6,8, Fransada isə 5,3 faiz olub.
Qeyd edək ki, ölkəmizdə yanvar-iyun aylarında illik inflyasiya 12,9 faiz olub, qida məhsulları üzrə qiymət indeksi 19% artıb. 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi may ayına nisbətən 99,1 faiz, ötən ilin iyun ayına nisbətən isə 110,6 faiz təşkil edib. (Trend)