FED.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, aprel ayında Böyük Britaniyanın emal sektoru təxminən 17 ildə ən kəskin azalıb. Avtomobil istehsalçılarının planlaşdırılmış istehsal dayandırmaları emalın azalmasına təsir göstərib. Milli Statistika Ofisi tərəfindən bazar ertəsi nəşr olunan rəqəmlərə görə, Böyük Britaniyada emal Apreldə bir əvvəlki ayla müqayisədə 3.9% azalıb. Bu, 2002-ci ilin İyun ayından bəri görülən ən sərt geriləmədir. Motorlu vasitələrin istehsalı 25% azalıb. Böyük Britaniyada ümumi daxili məhsul eyni dövrdə 0.4% azalıb. Bu nisbıt 2016-cı ilin Mart ayından bəri ən kəskin azalmadır. Motorlu vasitələrin istehsalıda, 24% azalmanın olduğu 1995-ci ildən bəri ən sərt geriləmə baş verib. Bununla bərabər iqtisadçılar Mayda itkinlərin bir qisiminin geri alınmasını gözləyirlər.
ELƏCƏ DƏ BAX : ABŞ Çin məhsullarına əlavə rüsumların tətbiqini - TƏXİRƏ SALIB