Dünyanın müxtəlif ölkələrinin tədavülə buraxdığı dövlət istiqrazlarının illik gəlirliliyi nəzərdən keçirilib.
FED.az xəbər verir ki, məlum olub ki, borc alətlərinə investisiya müqabilində ən çox gəlir vəd edən ölkə Venesueladır.
Son vaxtlar siyasi-iqtisadi böhranın yaşandığı, hiperinflyasiyanın qeydə alındığı Venesuelada dövlət istiqrazlarının illik gəlirliliyi 92 571,4%-dir və bu qədər fantastik gəlirliliyə malik borc aləti heç bir ölkədə yoxdur.
Bununla belə, bəzi ölkələrin də qiymətli kağızlarının gəlir marjası nəzərəçarpacaq dərəcədə yüksəkdir. Həmin ölkələr Venesuela ilə eyni regionda yerləşən Argentina (21,3 – 32,4%), eləcə də Ukrayna (16,7 – 19,2%), Türkiyə (15,1 – 19,2%), Misir (16,1 – 17,7%), Uqanda (9,2 – 16,3%), Nigeriya (10,6 – 14,3%), Pakistan (10,6 – 13,6%), Keniya (3,7 – 13,2%), Şri-Lanka (9,6 – 11,5%) və Namibiyadır (7,4 – 11,3%).
Əksər ölkələrdə dövlət istiqrazlarının illik gəlirliliyi 0-10% arasında dəyişir. Bununla yanaşı, Avropanın 17 ölkəsində, eləcə də Yaponiyada istiqraz faizləri mənfidir. Bu, həmin ölkələrin dövlət istiqrazlarına tələbin yüksək olmasından xəbər verir. Başqa sözlə, həmin qiymətli kağızlara pul qoyanlar gələcək perspektivi nəzərə alıb nəinki gəlir əldə edirlər, əksinə, pullarını “etibarlı əllər”də saxlamaq üçün xərcə düşürlər.
№ | Ölkənin adı | Dövlət istiqrazlarının illik gəlirliliyi |
Amerika | ||
1 | ABŞ | 2,4 – 3,1% |
2 | Argentina | 21,3 – 32,4% |
3 | Braziliya | 6,3 – 8,9% |
4 | Çili | 3,3% - 4,3% |
5 | Kanada | 1,6 – 2,1% |
6 | Kolumbiya | 4,7 – 7,0% |
7 | Meksika | 7,9 – 8,5% |
8 | Peru | 4,4 – 6,1% |
9 | Venesuela | 7,9 – 92 571,4% |
Avropa | ||
10 | Almaniya | - 0,6 – 0,8% |
11 | Avstriya | - 0,5 – 1,3% |
12 | Belçika | - 0,5 – 1,3% |
13 | Bolqarıstan | - 0,5 - 0,7% |
14 | Böyük Britaniya | 0,5 – 1,7% |
15 | Çexiya | 1,7 – 2,9% |
16 | Danimarka | - 0,6 - 1,0% |
17 | Finlandiya | - 0,5 – 1,0% |
18 | Fransa | - 0,6 – 1,7% |
19 | Xorvatiya | 0,0 – 2,0% |
20 | İrlandiya | - 0,5 – 1,6% |
21 | İslandiya | 4,8 – 5,0% |
22 | İspaniya | - 0,4 – 2,3% |
23 | İsveç | - 0,4 – 1,0% |
24 | İsveçrə | - 1,0 – 0,3% |
25 | İtaliya | - 0,3 – 3,6% |
26 | Kipr | 0,3 – 1,8% |
27 | Latviya | 0,1 – 0,5% |
28 | Litva | 0,3 – 1,2% |
29 | Macarıstan | 0,2 – 3,8% |
30 | Malta | - 0,3 – 1,8% |
31 | Niderland | - 0,6 – 0,8% |
32 | Norveç | 1,1 – 2,5% |
33 | Polşa | 1,3 – 2,9% |
34 | Portuqaliya | - 0,4 – 2,4% |
35 | Rumıniya | 2,7 – 4,9% |
36 | Rusiya | 7,6 – 8,6% |
37 | Serbiya | 2,9 – 4,5% |
38 | Slovakiya | - 0,3 – 1,4% |
39 | Sloveniya | - 0,3 – 0,8% |
40 | Türkiyə | 15,1 – 19,2% |
41 | Ukrayna | 16,7 – 19,2% |
42 | Yunanıstan | 1,0 – 4,8% |
Yaxın Şərq | ||
43 | Bəhreyn | 4,2 – 5,8% |
44 | İordaniya | 3,7 – 6,9% |
45 | İsrail | 0,3 – 3,3% |
46 | Qətər | 3,3 – 3,9% |
47 | Misir | 16,1 – 17,7% |
Asiya – Sakit Okean | ||
48 | Avstraliya | 1,6 – 2,6% |
49 | Banqladeş | 3,4 – 8,5% |
50 | Cənubi Koreya | 1,8 – 2,0% |
51 | Çin | 2,4 – 3,8% |
52 | Filippin | 5,2 – 6,4% |
53 | Hindistan | 6,4 – 7,8% |
54 | Honqkonq | 0,7 – 1,8% |
55 | İndoneziya | 5,9 – 8,6% |
56 | Malayziya | 3,3 – 4,7% |
57 | Pakistan | 10,6 – 13,6% |
58 | Sinqapur | 1,9 – 2,6% |
59 | Şri-Lanka | 9,6 – 11,5% |
60 | Tailand | 1,7 – 3,1% |
61 | Tayvan | 0,6 – 1,3% |
62 | Vyetnam | 3,0 – 4,8% |
63 | Yaponiya | - 0,2 – 0,6% |
64 | Yeni Zelandiya | 1,7 – 2,4% |
Afrika | ||
65 | Botsvana | 1,7 – 5,0% |
66 | Cənubi Afrika | 6,8 – 9,7% |
67 | Keniya | 3,7 – 13,2% |
68 | Mavriki | 3,2 – 6,1% |
69 | Mərakeş | 2,4 – 3,7% |
70 | Namibiya | 7,4 – 11,3% |
71 | Nigeriya | 10,6 – 14,3% |
72 | Uqanda | 9,2 – 16,3% |
Qeyd edək ki, Azərbaycanın 2024-cü ilə qədər tədavüldə olacaq avrobondlarının illik gəlirliliyi 4,75%-dir.