Avropada 2021-ci ildə orta illik əmək haqqı 33 min avroya yüksəlib.
FED.az xəbər verir ki, bu barədə Avropanın Statistika təşkilatı – Eurostat məlumat yayıb. Avropa İttifaqı ölkələri arasında ən yüksək orta illik əmək haqqı Lüksemburqda qeydə alınıb – 72 200 avro. Sonrakı yeri Danimarka (63 300 avro) və İrlandiya (50 300 avro) tutur.
Ən aşağı göstəricilər isə Bolqarıstanda (10 300 avro), Macarıstanda (12 600 avro) və Rumıniyada (13 000 avro) qeydə alınıb.
Eurostat bu göstəricini ilk dəfədir ki, açıqlayır. Bu rəqəmlər milli heablar və əmək qüvvəsinin göstəricilərinin araşdırılması əsasında hesablanıb.