Son aylar qazın qiymətinin kəskin artması nəticəsində Avropa Birliyində istehlakçıların işıq pulu xərcləri kəskin artıb.
Avropada qazın qiyməti tarixi maksimumu - Yeniləyib
FED.az xəbər verir ki, oktyabrın 4-də Avropada qazın qiyməti bir qədər də yüksələrək 1 min kubmetr üçün 1200 dollara qalxıb.
Nəticədə təkcə sentyabr ayında baş verən bahalaşma səbəbindən Fransa və İspaniyada hər mənzilə düşən işıq pulu xərci 450-500 dollara yüksəlib.
Vəziyyəti düzəltmək üçün rəsmi parif Avropanın enerji bazarınla islahatların aparılmasını tələb edib.
Fransanın maliyyə və iqtisadiyyat naziri Bryuno Le Mer bildirib ki, Avropa atom enerjisini də «yaşıl enerji» kimi tanımalıdır. Çünki AES-lər də atmosferə istixana qazları buraxmır.
«Bəzi siyasətçilər yüksək qiymətləri müvəqqəti hal saysalar da, vətəndaşlarımız ayda 400-500 avro, hətta daha artıq mələğdə aylıq işıq pulu ödəyirlər. Vəziyyət belə davam edə bilməz»-deyə fransalı nazir bildirib. Rəsmilər vəziyyətdən çıxış yolu kimi enerji tariflərinin tənzimlənməsini təklif ediblər.