Avropa ittifaqının (Aİ) anbarlarında saxlanılan yüz minlərlə ton qəhvə və kakao, meşələrin qırılması və uşaq əməyindən hazırlanan malların idxalını qadağan edən qanuna əsasən məhv edilə bilər. Bu qanun Aİ tərəfindən iyun ayında qəbul edilib.
Şokoladın xammalının qiyməti ilk dəfə - 4 MİN DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
"İstehsalçılar bu qəhvə və kakao ehtiyatlarını keçid dövründə (2024-cü ilin dekabrına qədər) satmalıdırlar, əks halda onları Avropa İttifaqından kənarda satmalı və ya məhv etməli olacaqlar", - Beynəlxalq Ticarət Mərkəzinin ( ITC) baş icraçı direktoru Pamela Coke-Hamilton bildirib.
Avropada anbarlarda təxminən 200 min ton kakao və 150 min ton kofe var. Bununla belə, FT-yə görə, hələ də Brüsseldən və Aİ-yə üzv dövlətlərin hökumətlərindən onlarla bağlı dəqiq göstəriş yoxdur və bu, ehtiyatların məhv edilməsinin qarşısını almaq üçün lazımdır.
Qəhvə və kakao fyuçersləri üçün əsas ticarət platformalarından biri olan Qitələrarası Birja, anbarlarda saxlanılan mallar ilə bağlı qərarın qiymətlərə mənfi təsir göstərəcəyini bildirib. Mütəxəssislər bunun "fermerdən istehlakçıya qədər bütün tədarük zəncirinə" təsir edən fasilələrə səbəb ola biləcəyini söyləyirlər.
Nəşrin məlumatına görə, kakaonun təxminən 70%-i Kot-d'İvuar və Qanadan gəlir. Ən böyük qəhvə istehsalçıları Braziliya, Vyetnam, Kolumbiya və İndoneziyadır. (Marja)