Avropa İttifaqı Amerikanın elan etdiyi ticarət müharibəsini qəbul edib. Avropa ABŞ-da istehsal olunan bir sıra populyar mallar üçün 25%-lik rüsumların tətbiqinə başlayıb. FED.az xəbər verir ki, bura viski, tütün, apelsin şirəsi, siqaretlər, motosikllər, geyim, ayaqqabı, tibbi ləvazimatlar və polad məmulatları aiddir. ABŞ-a təqribən 2,8 milyard dollara başa gələcək bu tədbirlər, tezliklə, iyunun 22-dən işə düşəcək.
Avropa İttifaqının bu addım atmasına səbəb Trampın Avropadan gətirilən polada 25%, alüminiuma isə 10% əlavə rüsum tətbiq etməsidir.
Avropa komissiyası bildirir ki, bu Tpampın hərəkətlərinə qarşı Avropanın hələ ilk addımıdır, bundan sonra əlav addımlar da atılacaq. «Biz bunu etmək istəməzdik, amma ABŞ-ın birtərəfli və əsassız addımları bizə başqa yol saxlamadı: bizim illərdən bəri amerikalı tərəfdaşlarımızla qurub yaratdığımız beynəlxalq ticarət bizim reaksiyamız olmadan dağıla bilməzdi»-deyə Aİ-nin ticarət komissarı Sesiliya Malmstrem bildirib.
Bir qədər əvvəl isə Rusiya ABŞ prezidenti Donald Trampın Rusiyadan gətirilən polad və alüminiuma qarşı əlaaı rüsumlar tətbiq etməsinə cavab olaraq Amerikaya qarşı oxşar addımlar atıb. Eyni addımları ABŞ-a qarşı Çin, Meksika və Kanada da atmaq niyyətindədir. Ekspertlər xəbərdarlıq edirlər ki, ticarət müharibəsindən hamı zərər çəkəcək.
Avropa Trampla ticarət müharibəsinə - BAŞLADI
20:07
20 İyun 2018