2017-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13163,1 min ton, yük dövriyyəsi isə 2744,5 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, yüklərin 7764,8 min tonu və ya 59,0 faizi avtomobil nəqliyyatı, 3653,0 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 1745,3 min tonu və ya 13,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2 faiz artım müşahidə edilib.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,7 faizini və ya 2723,9 min tonunu tranzit yüklər təşkil edib.