Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında faiz dərəcələri sabit saxlanılıb.
Bununla da uçot dərəcəsi 0%, depozit faizi -0,4%, marjinal borclanma faizi 0,25% qalıb. Bu qərar maliyyə bazarı iştirakçılarının gözləntilərinə uyğun olub.
ECB həmçinin monetar ekspansiya proqramı çərçivəsində həyata keçirdiyi qiymətli kağızların alınması ilə bağlı əməliyyatların həcmini 2017-ci il mart ayına qədər 80 mlrd. avro (85 mlrd. ABŞ dolları), aprel ayından dekabr ayına qədər isə 60 mlrd. avro (64 mlrd. dollar) səviyyəsində saxlayıb. Bank lazım gələrsə proqramın müddət və həcmini dəyişdirə biləcəyini bəyan edib.