İndiyə qədər Avropa Komissiyası TRACECA (Europe-Caucasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. Reportun verdiyi xəbərə görə, bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.
Onun sözlərinə görə, hazırda dəhliz vasitəsi ilə daşınan yükün 50%-ni neft və neft məhsulları təşkil edir: "Artıq 2013-cü ildən Qafqazdan keçməklə Ukraynadan Çinə bir neçə dəfə yük daşınıb. Bu ilin sonu, gələn ilin əvvəlinə Türkiyə və Gürcüstan dəmir yolu sistemlərinin birləşdirilməsi gözlənilir".