Noyabrda Avropa İttifaqı ölkələrində inflyasiyanın səviyyəsi yarım faiz azalaraq 3,1 faiz təşkil edib və bu, təxminən iki ilin ən aşağı göstəricisidir.
Avropa Mərkəzi Bankı faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, 2022-ci ilin noyabrında Avrozonada inflyasiya səviyyəsi 10,1 faiz, bütün Avropa İttifaqında 11,1 faiz təşkil edib. Çex Respublikasında isə bütün Aİ-də ən yüksək inflyasiya qeydə alınıb, burada qiymətlər illik 8 faiz artıb. Bunun əksinə olaraq, artıq deflyasiya yaşanan Belçikada qiymətlər illik 0,8 faiz ucuzlaşıb.
Uzun müddət Aİ-də ən pis göstəricilərə malik olan Macarıstanda indi inflyasiya 7,7 faizdən aşağıdır. Polşada inflyasiya oktyabrdakı 6,3 faiz səviyyəsində qalıb, Slovakiyada isə 6,9 faizə düşüb. Bir il əvvəl inflyasiya Çexiyada 17,2 faiz, Macarıstanda 23,1 faiz, Slovakiyada 15,1 faiz, Polşada isə 16,1 faiz təşkil etmişdi. (Azərtac)