Avropa İttifaqında üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” hesabında yazıb.
“Avropa qərar verdi: Avropa İttifaqının xarici işlər nazirləri elə indicə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına qərar verib. Bu, Moskvanın apardığı müharibəni maliyyələşdirmək üçün gəlir əldə etməkdən məhrum edəcək. Rusiya vurduğu ziyanın hesabını verməlidir”. (Apa)