Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb.
FED.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Eləcə də bax: Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə - QADAĞA QOYULUB
Məlumata görə, ölkədə quş qripi virusuna görə Avropa İttifaqı quş əti və quş əti məhsullarının ixracatını müvəqqəti olaraq dayandırıb.
Avropa İttifaqı bəyan edib ki, Ukrayna Dünya Ticarət Təşkilatı qarşısında götürdüyü beynəlxalq öhdəliyə əməl etməlidir, qida məhsullarının təhlükəsizliyinə diqqət yetirməlidir.
Qeyd edək ki, Ukraynanın Vinnitsa vilayətində fermalarda quş qripindən quşların kütləvi tələfatı qeydə alınıb.
Modern