Cari ilin yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 820 milyon 977 min ABŞ dollarlıq məhsul ixrac olunub.
ELƏCƏ DƏ BAX: Beş ayda Azərbaycan ən çox İsveçrədən məhsul idxal edib
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 164 milyon dollar çoxdur.
Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 997 milyon 382 min dollar olub.