Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.
FED.az-ın məlumatına görə, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.
Qeyd edək ki, yen seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.