İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen ilə görüşüb.
Eləcə də bax: AYİB 4 ayda Azərbaycana 1 milyard avrodan artıq - Kredit Ayırıb
FED.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" sosial şəbəkəsində yazıb.
"Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansen və həmkarları ilə görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq", - o, qeyd edib. (Marja)
İndiyədək EBRD Azərbaycanda 3 mlrd 123 milyon avro məbləğində həyata keçirdiyi 175 layihənin 13-ü dövlət sektorunun (1,6 milyard avro), 162-i də özəl sektorunun (bütöv zərfin 23 %-i) payına düşür.