Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə EBRD “Regional İqtisadi Perspektivlər” hesabatında məlumat yayıb.
Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.
EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,6 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırdığını bəyan edib. (Report)