Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
"Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və bankın Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanın EBRD ilə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb.
Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
Tərəflər EBRD-nin Azərbaycanda dövlət – özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələləri, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində EBRD ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.
***
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“EBRD Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayır. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan – EBRD əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq", - deyə o qeyd edib.