Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 244 mln. 89,6 min manat təşkil edib.
Komitənin açıqladığı statistikaya görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 127 mln. 081,17 min manat və ya 2,08 dəfə çoxdur. İyul ayı ilə müqayisədə 57 mln. 298,96 min manat və ya 30,67% artıqdır.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 62 mln. 64,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 159 mln. 155,7 min manat, aksizlər üzrə 8 mln. 910,1 min manat, yol vergisi üzrə isə 13 mln. 959,7 min manat təşkil edib.