Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təsisçiliyi ilə Arbitraj Mərkəzinin yaradılması təklifi haqqında fikir mübadiləsi aparılıb.
Prezident “Arbitraj haqqında” yeni qanunu - TƏSDİQLƏDİ
FED.az ASK-ya istinadən xəbər verir ki, qeyd edilən məsələyə qurumun Rəyasət Heyətinin iclası zamanı toxunulub. İclasda 2023-cü ildə görülən işlər üzrə hesabat dinlənilib və 2024-cü il üçün fəaliyyət planı müzakirə olunub.
Rəyasət Heyəti hesabatı məqbul hesab edib və “2024-cü il üçün Fəaliyyət Planı”, eləcə də ASK-nın Arbitraj Mərkəzinin yaradılması ilə bağlı təklifi qəbul edib.