Berlin şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Almaniyanın Kiçik və Orta Müəssisələr Assosiasiyası (KOMA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Daşkənddə Azərbaycan hökuməti və şirkətləri sazişlər imzaladı - FOTOLAR
ASK-dan FED.az-a bildirilib ki, memoranduma ASK-nın Almaniya Federativ Respublikası üzrə səlahiyyətli nümayəndəsi Elnur Hüseynov, KOMA-dan isə qurumun sədri Markus Jerger qol çəkiblər.
Sənədə əsasən, Azərbaycan ilə Almaniya arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və sair haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcək.
Qeyd edək ki, hazırda ASK-nın 22 ölkədə daimi nümayəndəliyi aktiv fəaliyyət göstərir.
Almaniyanın Kiçik və Orta Müəssisələr Assosiasiyası bu ölkənin kiçik və orta biznes subyektlərinin birləşdirən ən iri təşkilat kimi 1975-ci ildə təsis edilib, hazırda 900 mindən çox sahibkarlıq subyektini özündə birləşdirir. Təşkilat kiçik və orta biznes subyektlərinin maraqlarını Almaniyada təmsil etməklə yanaşı, hökumətin və sahəvi həmkarlar ittifaqlarının sosial tərəfdaşı kimi böyük nüfuza malikdir.